Modern.az

Rüstəm Usubov Baş prokurorun 1-ci müavini postundan azad edildi - Yeni müavin TƏYİNATLARI oldu

Rüstəm Usubov Baş prokurorun 1-ci müavini postundan azad edildi - Yeni müavin TƏYİNATLARI oldu

Ölkə

21 May 2020, 15:54

Baş Prokurorluqda yeni təyinatlar olub.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov tutduğu vəzifədən azad edilib.

Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib. O, bu təyinatadək Lənkəran rayon prokuroru işləyirdi.

Ölkə başçısı Baş prokurora daha iki yeni müavin təyin edib - Elmar Camalov və Nazim Rəcəbov.

 
Qeyd edək ki, Elmar Camalov bu təyinatadək Mingəçevir şəhər prokuroru, Nazim Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi  vəzifələrində çalışırdı. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı