Modern.az

AzTV-də yanacaq oğurluğu edən doqquz sürücü işdən ÇIXARILDI

AzTV-də yanacaq oğurluğu edən doqquz sürücü işdən ÇIXARILDI

22 May 2020, 16:35

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun bir neçə əməkdaşının oğurluq etdiyi üçün işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az verilən məlumata görə, doqquz sürücü QSC-dən yanacaq oğurluğu edib və buna görə də işdən azad olunublar:

 

“Həmin sürücülərin törətdiyi əməllər konkret faktlarla - avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC həmin şəxslərdən səkkizi barəsində Səbail Rayon Polis İdarəsinə və digəri barəsində isə Laçın Rayon Məhkəməsinə müraciət göndərib”. 

 

“Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu, o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər.

 

Müraciətdə adıçəkilən sürücülərdən biri (Məmmədov Anar Vaqif oğlu) təxminən bir il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq, o, işdən azad edilməyib. Həmin əməkdaşa töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o, digər 8 nəfərlə birlikdə yenidən bu əmələ əl atıb. Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvacibinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma aparılır. Nəticələr barədə QSC ictimaiyyətə açıqlama verəcək”, - deyə AzTV-dən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir