Modern.az

İrəvanda gərgin saatlar başlandı

İrəvanda gərgin saatlar başlandı

Təhsil

12 Yanvar 2010, 15:25

Bu gün Ermənistan Konstitusiya Məhkəməsi Sürixdə imzalanmış  Türkiyə-Ermənistan protokollarının ölkə konstitusiyasına uyğun olması ilə bağlı dinləmələrə başlayıb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə  KM-nin hakimləri 2 saatlıq müzakirələrdən sonra protokollarla bağlı qərarı elan etmək üçün məsləhətləşmə otağına çəkiliblər.

 KM-nın başçısı Qaqik Arutunyan jurnalistlərə bildirib ki, protokollara dair bütün sənədlər məşvərət otağındadır. “Qərar qəbul olunan kimi biz bu barədə rəsmi açıqlamadan bir saat əvvəl məlumat verəcəyik”-deyə Arutunyan bildirib. Onun sözlərinə görə, qərar qəbul olunarkən bütün hüquqi sənədlər, eləcə də Daşnaksütun Partiyasının hüquqi bəyanatı nəzərə alınacaq. O, hazırda İrəvanda mitinq keçirən müxalifətçilərdən müraciətlər aldıqlarını da bildrib.      

Qeyd edək ki, KM-nın iclasında Ermənistanın bir sıra siyasi partiyalarının təmsilçiləri, hakim Respublika Partiyası, müxalifətdə olan Daşnaksütün, “Yeni zaman”, “İrs” partiyalarının nümayəndələri iştirak ediblər.

Hazırda Konstitusiya  Məhkəməsinin qarşısında "Daşnaksütyun" partiyasının yanvarın 11-dən başlayan mitinqi davam edir. Başda "Daşnaksütyun" partiyasının ali şurasının nümayəndəsi Armen Rustamyan olmaqla 100-ə yaxın daşnak protokollara etiraz edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!