Modern.az

Sarkoziyə cinayət işi qaldırılıb

Sarkoziyə cinayət işi qaldırılıb

11 May 2012, 18:50

Fransanın prezidenti Nikola Sarkozinin öz vəzifəsindən getdikdən sonra rüşvətxorluq, qeyri-qanuni maliyyələşdirməylə bağlı məhkəmə sorğusuna çəkilə biləcəyi ehtimal olunur. Modern.az  “Frans-Press”ə istinadən bildirir ki, bu, iyunun ortalarına yaxın Sarkozi dövlət vəzifəsini rəsmən Fransua Ollanda təhvil verəndən sonra baş  tutacaq. Sarkozi mayın 15-də sorğuya çagırılacaq. Xatırladaq ki, daha əvvəl onun prezident seçkilərdə qalib gəlməsə və hüquq vəzifəsini itirsə, bir sıra məhkəmə prosesləri mərkəzində olacağı məlum olub.

Prezidentin adı Kəraçi qalmaqalı ilə bağlanır. İstintaq 1994-95-ci illərdə Nazirlər Kabinetinə rəhbərlik etmiş Ellad Balladur və maliyyə naziri vəzifəsini tutmuş Nikola Sarkozini qeyri-qanuni gəlir əldə etməkdə ittihham edir. Onların Səudiyyə Ərəbistanında və Pakistanda sualtı fransız gəmilərini satışı ilə məşğul olan öz tərəf müqabillərinə maliyyə vəsaiti ötürdüyü bildirilir.

Sarkozi bundan əlavə prezident statusunı itirdikdən sonra  “Xalq  hərəkatı üçün ittifaq” partiyasının qanunsuz maliyyələşdirilməsiylə bağlı iş üzrə ifadələri verməyə məcbur ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?