Modern.az

Braziliyada virusdan bir gündə 1 000-ə yaxın insan öldü

Braziliyada virusdan bir gündə 1 000-ə yaxın insan öldü

24 May 2020, 09:22

Braziliyada koronavirusdan ölənlərin sayı 22 013 nəfərə çatıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

 

Qeyd edilir ki, son sutka ərzində ölkədə COVID-19-dan daha 965 nəfər ölüb.

 

Bu, istirahət günləri üçün ən yüksək nəticədir. Əhalinin hər 100 min nəfərinə ölüm hallarının sayı 10,5, ölüm səviyyəsi 6,3% təşkil edir.

 

Ölkədə virusa yoluxma hallarının sayı 347 398-dir. Son 24 saatda COVID-19-a 16,5 mindən çox yeni yoluxma təsdiq olunub.

 

İnfeksiyanın yayılmasının episentri San-Paulu və onun eyniadlı paytaxtıdır. İyirmi bir milyondan çox insanın yaşadığı regionda virusa 80,5 min yoluxma və 6 mindən çox ölüm qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirusa demək olar 5,4 milyon insan yoluxub, 343,5 min pasiyent virusun qurbanı olub.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?