Modern.az

İsrail baş nazirinin məhkəməsi başlayır

İsrail baş nazirinin məhkəməsi başlayır

24 May 2020, 09:34

Bu gün İsraildə ölkənin baş naziri Binyamin Netanyahunun məhkəmə prosesi keçiriləcək.

 

Bu barədə Modern.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

 

Qeyd edilir ki, ilk iclas bazar günü – mayın 24-də baş tutacaq.

 

Agentliyin məlumatına görə, baş nazir prosesdə şəxsən iştirak etməli olacaq.

 

Məhkəmə prosesi Netanyahuya qarşı irəli sürülmüş korrupsiya və ictimai etimadın pozulması ittihamları çərçivəsində keçiriləcək.

 

Daha əvvəl İsrail Knesseti (birpalatalı parlament) baş nazir Binyamin Netanyahunun 2 mart seçkilərinin nəticəsinə görə formalaşdırılmış 35-ci koalisiya hökumətinin tərkibini təsdiq edib. "Likud" və “Kaxol-Lavan” partiyalarının koalisyon razılaşmasına əsasən Netanyahu 2021-ci ilin noyabrının ortalarına qədər baş nazir vəzifəsini tutmalıdır, sonra bu vəzifəyə Qans keçəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir