Modern.az

Xamneyidən Ramazan əfvi - hərbi cinayətkarlar bağışlandı

Xamneyidən Ramazan əfvi - hərbi cinayətkarlar bağışlandı

24 May 2020, 10:10

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri İbrahim Rəisi 3721 məhkumun əfv olunması ilə əlaqədar Ali Rəhbər Ayətullah Əli Xamneyiə müraciət edib.

 

Modern.az xəbər verir ki, İranın Ali Rəhbəri müraciətə müsbət cavab verərək Ramazan bayramı münasibətilə əfv fərmanı imzalayıb.

 

Fərmana əsasən bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə məhkumluq müddəti azaldılıb.

 

Yerli mətbuatın yazdığına görə azadlığa buraxılanlar arasında hərbi cinayətlərlə həbs olunanlar da var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir