Modern.az

Ermənistanda 81 nəfər koronavirusdan canını tapşırdı

Ermənistanda 81 nəfər koronavirusdan canını tapşırdı

Dünya

24 May 2020, 11:30

Ermənistanda daha 359 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

 

Modern.az  xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 661-ə yüksəlib.

 

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4nəfər artaraq 81-ə çatıb.

 

Bildirilib ki, indiyədək 064 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 483 aktiv koronavirus xəstəsi var.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çoxu isə ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır