Modern.az

Ukraynada koronavirusa yoluxanların sayı 30 minə çatır

Ukraynada koronavirusa yoluxanların sayı 30 minə çatır

Dünya

24 May 2020, 11:39

Ukraynada daha 406 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 20 986-ya çatıb.

 

Modern.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 617-yə yüksəlib.

 

İndiyədək Ukraynada mindən çox xəstə koronavirusdan sağalıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb, 344 mindən çoxu isə ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı