Modern.az

Pakistan qəzada həlak olan sərnişinlərin ailələrinə təzminat ödəyəcək

Pakistan qəzada həlak olan sərnişinlərin ailələrinə təzminat ödəyəcək

24 May 2020, 12:44

Pakistan hökuməti “Airbus 320” sərnişin təyyarəsində həlak olan hər şəxsin ailəsinə 6 200 ABŞ dolları (10 min manat) məbləgində təzminat ödəyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan jurnalistlər üçün keçirilən mətbuat konfransında məlumat verib.

 

Q.Sərvər Xan təyyarənin qəzaya uğraması nəticəsində yararsız hala düşən evlərin sakinlərinə də dövlət tərəfindən yardım ayrılacağını vurğulayıb.

 

Qeyd edək ki, ötən gün “Pakistan Hava Yolları” şirkətinə məxsus “Airbus 320" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 99 sərnişin və səkkiz ekipaj üzvü olmaqla 107 nəfər həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır