Modern.az

Dünyanın ən bahalı göyərçini bu qiymətə satıldı

Dünyanın ən bahalı göyərçini bu qiymətə satıldı

24 May 2020, 13:08

Belçikada keçirilən hərracda dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb.

 

Modern.az xəbər verir ki, "Armando" adlı erkək göyərçin internet vasitəsi ilə keçirilən hərracda öz alıcısını tapıb.

 

Uzun məsafə üzrə yarışların çempionu olan 5 yaşlı poçt göyərçini çinli tərəfindən satın alınıb. Onun yeni sahibi dünyanın ən bahalı göyərçinini yarışa buraxmayacağını və ondan yalnız damazlıq məqsədilə istifadə edəcəyini bildirib.

 

Qeyd edək ki, 2017-ci ildə Belçikada keçirilən hərracda daha bir poçt göyərçini 400 min avroya satılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər