Modern.az

Hindistan-Çin sərhədində növbəti gərginlik 

Hindistan-Çin sərhədində növbəti gərginlik 

Dünya

24 May 2020, 14:06

Çin hərbçiləri hindistanlı sərhədçiləri saxlayıb, daha sonra azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə “NDTV” öz mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, hadisə iki ölkə arasında yerləşən Ladakx adlı yüksək dağlıq regionda baş verib. Çin hərbçiləri Hindistan əsgərlərinin silahlarını müsadirə ediblər, lakin sonradan geri qaytarıblar. Gərgin vəziyyət Hindistan və Çin komandanlığının nümayəndələri arasında baş tutan görüşdən sonra stabilləşib.

 

Buna baxmayaraq, Hindistan Çin ilə sərhədi əvəz edən Ladaxdakı nəzarət xəttinə bir neçə piyada batalyonu göndərib.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus helikopterlərin peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü