Modern.az

Mingəçevirdə 13 nəfərin xəsarət aldığı qəza ilə bağlı rəsmi AÇIQLAMA

Mingəçevirdə 13 nəfərin xəsarət aldığı qəza ilə bağlı rəsmi AÇIQLAMA

Hadisə

24 May 2020, 15:44

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfərin xəsarət aldığı qəza ilə bağlı rəsmi açıqlama verilib.

 

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin ( TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, qəzada xəsarət alanlardan 10 nəfəri uşaqdır:

 

"10 nəfərdən bəzilərinə tikiş qoyulub, bəzilərinə ilkin yardım göstərilib və evə buraxılıblar. Hazırda xəstəxanada olan 4 uşağın ikisinin vəziyyəti ağırdır. Onlara kəllə-beyin travması qoyulub. Digər 2 uşağın vəziyyəti isə orta-ağırdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır