Modern.az

Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı

Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı

Aktual

25 May 2020, 11:30

Gənc jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Modern.az-ın əməkdaşı Leyla Şahın (Əsədullayevanın) Azərbaycan və “COVID-19” mövzusunda məqaləsi İngiltərənin nüfuzlu “The London Post” qəzetində dərc olunub.
Məqalədə Azərbaycanın koronavirusla mübarizə üsulunu tapdığı bildirilir.
“Bu üsul məhz birləşməkdir. Birləşərək mübarizə aparmaq, paylaşaraq qalib gəlmək amili, bu gün Azərbaycanın uğurlu mübarizə yolunu ortaya qoyur”,-deyə yazıda vurğulanır.
Məqalədə Azərbaycanda “COVID-19”la birgə mübarizənin ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” çağrışları əsasında formalaşdığı göstərilir. Həmçinin,  Azərbaycanın virusla mübarizədə atdığı qabaqlayıcı tədbirlər, virusun yayıldığı ilk günlərdən məktəb və digər kütləvi müəssisələrin qapadılması göstərilir.
müəllif ölkə Prezidentinin rəhbərliyi ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondunun” yaradıldığını, Prezident və Birinci vitse-prezidentin bir illik maaşlarını fonda bağışladıqdan sonra əhalinin müxtəlif təbəqələrindən olan insanların da ianələr etməsinin xalqın virusla mübarizədə birgəlik əzmini ortaya qoyduğunu yazıb. Bildirilib  ki, vətəndaşların böyük əksəriyyətinin karantin qaydalarına əməl etməsi ölkənin pandemiyadan ən az itkilərlə çıxmasına səbəb olub.
Məqalə “The London Post” qəzetinin dünya xəbərləri bölməsində çox oxunan yazılar sırasındadır.
Qeyd edək ki, bu Leyla Şahın Britaniya mediasında karonavirus və  Azərbaycan mövzusunda dərc olunan ikinci məqaləsidir.
Müəllifin birinci məqaləsi pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdə eurovizyon.co.uk saytında dərc olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir