Modern.az

Mingəçevirdə 13 nəfəri vuran qadına cinayət işi açıldı

Mingəçevirdə 13 nəfəri vuran qadına cinayət işi açıldı

Hadisə

25 May 2020, 12:23

Mingəçevir şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olub) vurub və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılıb, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

 

Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub