Modern.az

Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB

Şamaxıda kran aşdı - Ölən var - YENİLƏNİB

25 May 2020, 15:25

Mayın 25-i səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib.

 

Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.

 

***

 

14:06

Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb. Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər-Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Onlardan birinin vəziyyəti ağır olduğuna görə müalicə üçün Bakıya göndərilib (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir