Modern.az

İranda koronavirusa yoluxmalar azalmaq bilmir

İranda koronavirusa yoluxmalar azalmaq bilmir

25 May 2020, 14:14

İranda ötən sutka ərzində daha 2 033 nəfər koronavirusa (COVID19) yoluxub və 1 912 nəfər sağalıb.

 

Modern.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, indiyədək İranda bu virusa yoluxanların sayı 137 724 nəfərə yüksəlib, onlardan 2 585 nəfərin vəziyyəti ağırdır.

 

Cahanpur əlavə edib ki, indiyədək İranda koronavirusdan sağalanların sayı isə 107 713 nəfərə çatıb.

 

Nazirlik rəsmisi qeyd edib ki, ötən sutka ərzində daha 34 nəfər bu virusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 451 nəfərə çatıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 818 mindən çox test həyata keçirilib.

Cahanpur deyib ki, ötən 19 vilayətində ölüm halı qeydə alınmayıb, 5 vilayətin hər birində isə 1 ölüm halı qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir