Modern.az

Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi

Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi

Aktual

25 May 2020, 20:02

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə əlaqədar olaraq məktubla müraciət edib.

Modern.az  xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı 2020-ci il aprel ayının 5-də Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?