Modern.az

Daha bir ölkədə teatrlar açılır

Daha bir ölkədə teatrlar açılır

Aktual

25 May 2020, 20:16

İyunun 14-dən İsraildə qapalı məkanlarda teatr tamaşaları və konsertlərin keçirilməsinə icazə veriləcək.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat verib.

Bütün ziyarətçilər iki metrlik sosial məsafəyə, şəxsi gigiyena qaydalarına riayət etməli və mütləq maska taxmalı olacaqlar. Binanın girişində onların hərarəti ölçüləcək.

Tamaşalara və konsertlərə bilet satışı yalnız onlayn həyata keçiriləcək.

Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, zal 75%-dən çox doldurulmamalıdır.

Bütün teatr tamaşaları və konsertlər antraktsız keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!