Modern.az

Qan əvəzinə pivə

Qan əvəzinə pivə

Təhsil

12 Yanvar 2010, 15:46

Vaşinqtondakı qanköçürmə stansiyası könüllü qan verən potensial donorlara pulsuz pivə hədiyyə etmək qərarına gəlib. Modern.az-ın məlumatına görə, bu barədə Associated Press agentliyi xəbər verib. Hər yarım litr qana mükafat olaraq yarım litr pivə veriləcək.  21 yaşına çatmış hər bir donor qan verdikdən sonra yerli müəssislərdən birində pulsuz pivə üçün kupon əldə edəcək. Lakin qan verdikdən 4 saat sonra donor spirtli içki ala bilməyəcək.
Qeyd olunur ki, bu aksiya geniş populyarlıq qazanıb. Təşkilatçılar pivə əvəzinə qan verilməsi aksiyasının müddətini artırmaq qərarına gəliblər.  Bildirilir ki, bu aksiya əvvəllər  donor olmaq istəməyənlərin diqqətini cəlb etməyə imkan verib. Bu, həm də aksiyada iştirak edən  pivəxana sahibləri üçün də sərfəlidir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!