Modern.az

Gəncədə avtomobil quyuya düşdü

Gəncədə avtomobil quyuya düşdü

Aktual

25 May 2020, 22:59

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki. hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb.

Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər