Modern.az

Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat

Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat

26 May 2020, 00:36

Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") uğurla Beynəlxalq Kosmik Stansiyasına birləşib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) xəbər yayıb.

ABŞ seqmenti olan "Harmony" modulu ilə 12 tonluq kosmik yük gəmisinin birləşmə əməliyyatı ABŞ-ın Şərq Sahili vaxtı ilə səhər saat 10:46-da baş tutub. NASA-nın uçuşların idarəsi mərkəzi əməliyyatın uğurlu olduğunu təsdiqləyib.

"Kounotori-9" stansiyaya təxminən 4 ton yük, o cümlədən qida məhsulları, onlarla elmi tədqiqat üçün avadanlıq və materiallar və altı yeni güclü litium-ion batareyaları çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı