Modern.az

«Gənc Jurnalistlər Kulubu»nun təqdimat mərasimi keçirilib

«Gənc Jurnalistlər Kulubu»nun  təqdimat mərasimi keçirilib

12 Yanvar 2010, 15:55

Yanvarın 12-də «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının (UGT) təşəbbüsü ilə  Mətbuat Şurasında jurnalistikaya marağı olan gənclər üçün yradılmış «Gənc Jurnalistlər Kulubu»nun  təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki. «Gənc Liderlər» UGT-nin sədri Fərid Şahbazlının sözlərinə görə, klubun yaradılmasında məqsəd ölkə mediasında çalışan gənc jurnalistlərə dəstək vermək, onların peşəkarlıq və dünyagörüşü səviyyəsini yüksəltməkdir: «Bu layihədə digər əsas məqsəd mətbuatımıza yeni imzalar təqdim etməkdir. Ona görə də, «Gənc Jurnalistlər Kulubu”na yalnız jurnalistikaya marağı olan və ya artıq bu işlə məşğul olan tələbə və məktəblilər üzv ola bilər».

F.Şahbazlının sözlərinə görə, klub üzvlərinə 3 ay müddətində ölkənin tanınmış media mütəxxəsisləri tərəfindən təlimlər keçiriləcək. Eyni zamanda klub üzvlərinin ölkəmizin tanınmış media nümayəndələri ilə görüşləri, redaksiyalara və televiziyalara səfərləri təşkil olunacaq. Fəal klub üzvlərinin müxtəlif media qurumlarında təcrübələrə göndərilməsi və onların yazılarının mətbuatda çapı nəzərdə tutulub.

Təşkilat sədri deyir ki, əgər layihə uğurla reallaşarsa bir müddət sonra «Gənc Jurnalistlər Kulubu»nun müstəqil qurum kimi fəaliyyət göstərməsi haqqında qərar qəbul oluna bilər.

Təqdimatda çıxış edən Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə layihəni müsbət qiymətləndirərək ölkə mediasının peşəkar və işini sevən jurnalistlərə ciddi ehtiyac duyduğunu bildirib. Onun sözlərinə görə, klub üzvlərinin tanınmış qələm adamları ilə görüşlərinin təşkil olunması onlar üçün yaxşı baza yarada bilər.

Mərasimdə çıxış edən millət vəkili Nazim Məmmədov jurnalistlərin IV hakimiyyət olduğunu xatırladaraq, klubun əhəmiyyətini qeyd edib. O, bu layihədə təmsil olunan gənclər arasından gələcəyüin tanınmış jurnalistlərinin çıxacağına əminliyini vurğulayıb.

Daha sonra çıxış edən AYB-nin katibi, «525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, media eksperti Azər Həsrət, «Üç nöqtə» qəzetinin redaktoru Elməddin Muradlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətin rəhbəri Mənsur İbrahimov layihənin vaciblyindən danışıblar. Natiqlər jurnalistika təhsilindəki bəzi problemlərə toxunaraq, jurnalist olmaq istəyənlərin daha çox təcrübəyə ehtiyac duyduğunu qeyd ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?