Modern.az

Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO

Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO

27 May 2020, 09:25

Ermənistan rəhbərliyi işğal altındakı Azərbaycan torpaqlarında təxribatçı hərəkətləri davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ağdam rayonu ərazisindəki poliqonlarda aprel döyüşlərinin ssenarisi əsasında geniş taktiki təlimlər keçirilib.

Təlimlərdə tank və zirehli döyüş maşınları ilə yanaşı, artilleriya və canlı qüvvədən geniş istifadə olunub. Təlimlər şərti düşmənin yüksəkliklərini ələ keçirmək üçün hücum əməliyyatlarından ibarət olub.

Modern.az həmin təlimlərdən videogörüntüləri təqdim edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir