Modern.az

Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO

Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO

Aktual

28 May 2020, 19:01

Müstəqil Azərbaycanın şərəfli 28 May tarixi - Cümhuriyyət günü qardaş Türkiyədə də qeyd edilib. Həm də türkiyəli uşaqlar tərəfindən…

Modern.az-ın məlumatına görə, Ankaranın Mamak ilçəsindəki Ali Kuşçu İlkokulunun 3d sinif şagirdləri Azərbaycan xalqına 28 May Cümhuriyyət günü təbriki ünvanlayıblar.

“Heç bir şey övladlarımıza Türkiyə-Azərbaycan qardaşlığını unutdura bilməz! Azərbaycanı sevən və Türkiyə-Azərbaycan birliyinə çox önəm verən müəllimimiz varsa, məktəbdən uzaq olsaq belə, Azərbaycanın 28 May günü anılacaq deməkdir!
Usaqlarımız şeirləri sadəcə əzbərlərmədilər, sevgilərini ortraya qoyaraq söylədilər, Ki qardaş Azərbaycan xalqı Türkiyədə Azərbaycanı anlayaraq öyrənən, öyrənərək sevən bir nəsil böyüdüldüyünə əmin olsun.
Hamımızın Cümhuriyət günümüz mubarek! Bir dövlətə sahib olmaq möhtəşəm bir hissdir!”,-deyə türkiyəli şagirdlərlə bağlı valideynlərin sosial şəbəkədəki paylaşımında deyilir.

Beləliklə, Ankaradakı Ali Kuşçu İlkokulunun 3d sinif şagirdləri olan Atatürk çocuklarından qardaş Azərbaycan xalqına 28 May Cümhuriyyət günü təbriki:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir