Türkiyədə son sutka ərzində daha 30 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 461 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 33 559 nəfərdən 1 182-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 160 979 nəfərə çatıb. Müalicə olunan 1 576 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 124 369 nəfər koronavirusdan müalicə olunub".