Modern.az

Türkiyədə karantin rejimi yumşaldılır

Türkiyədə karantin rejimi yumşaldılır

Aktual

28 May 2020, 22:21

Türkiyə hökuməti ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında videokonfrans şəklində iclas keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Dövlət başçısı bildirib ki, daha əvvəl koronavirus səbəbindən ölkədə tətbiq olunan karantin qaydaları iyunun 1-dən yumşaldılacaq. Həmin gündən etibarən şəhərlər arasında hərəkət qadağası tamamilə aradan qaldırılacaq, çimərliklər və milli parklar açılacaq.

Həmçinin, yayın ilk günündən etibarən sürücülük kursları, kafelər, muzeylər və uşaq bağçaları işə başlayacaq.

Bundan başqa, iyunun 1-dən inzibati məzuniyyətdə olan və ya çevik iş sisteminə keçirilmiş dövlət qulluqçuları normal iş rejiminə qaytarılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir