Modern.az

Kompüterlərin qiyməti qalxacaq

Kompüterlərin qiyməti qalxacaq

Təhsil

12 Yanvar 2010, 16:31
Personal kompüterlərin yığılması üçün tələb olunan komponentlərin qiyməti 6 illik nisbi stabillikdən sonra yenidən artmağa başlayacaq. Bu barədə "Gartner" analitik şirkətinin proqnozlarında qeyd olunur.
2000-ci ildən etibarən yarımkeçirici komponentlər hər il 7,8% ucuzlaşırdı. Lakin "Gertner" mütəxəssislərinin fikrincə, 2010-cu ildə komponentlər 2,8% bahalaşacaq. Bahalaşma əsasən operativ yaddaş mikrosxemlərdə (DRAM) müşahidə olunacaq – 23%. İstənilən personal kompüterin əsas komponentli olan bu cür çiplər onların qiymətinin təxminən 10 faizini təşkil edir.
"Gartner"in baş analitiki Ben Li qeyd edib: “Hazırda müşahidə olunan tendensiya onu göstərir ki, kompüterlərin qiyməti ildən-ilə azalır. Belə vəziyyətdə əgər komponentlərin qiyməti bahalaşacağı, hətta stabil olaraq qalacağı halda bu tendensiya kəskin dəyişə bilər”. Onun sözlərinə görə, misal üçün, bu il matrisaların defisiti səbəbindən düz panelli monitorların da qiyməti artacaq. Defisit malların siyahısına həmçinin sərt disklər və optik disk qurğuları daxildir.  
Qeyd olunan defisit isə komponent istehsalçılarını investisiya planlarını ləğv etmək məcburiyyəti qarşısında qoyan maliyyə böhranının nəticələrinin bir hissəsidir. Hətta ötən ilin sonuna kimi istehsal həcmlərinin demək olar ki, tam bərpa olunmasına baxmayaraq, bazarın tələblərinə uyğunlaşmaq üçün adətən bir ilə yaxın zaman tələb olunur.
Bütün bunlarla yanaşı çip istehsalı sahəsində daha bir böyük problem mövcuddur – ikinci nəsil çip istehsalından DDR3-ə yəni üçüncü nəsil istehsal prosesinə keçid.
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı