Modern.az

ABŞ-da iğtişaşlar davam edir: Tramp onları HƏDƏLƏDİ - FOTOLAR

ABŞ-da iğtişaşlar davam edir: Tramp onları HƏDƏLƏDİ - FOTOLAR

Dünya

29 May 2020, 15:07

ABŞ-ın Minnesot ştatının Minneapolis şəhərində iştişaşlar davam edir. Bu dəfə etirazçılar polis bölməsini yandırıblar. İçəridəki polislər isə binanın damından vertolyot vasitəsilə evakuasiya ediliblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə üç gündür ki, qarşıdurma gedir. Amerikalılar afroamerikalı Corc Floydun həbsi zamanı polislərin davranışına qarşı etiraz edirlər. Etirazlar qaradərili C. Floydun polislər tərəfindən saxlanılması zamanı çəkilmiş videonun yayılmasından sonra başlayıb. Mayın 25-də saxta sənədlərin istifadəsində təqsirli bilinən şəxsin həbsi zamanı polislər onun əllərinə qandal taxaraq, yerə uazdıblar. Polislərdən biri dizi ilə Floydun boynunu saıxıb. O, qışqıraraq boğulduğunu desə də, ona fikir verən olmayıb. Bir neçə saatdan sonra Floyd xəstəxana yerləşdirilib və orada keçinib.

Etirazçılar üç günlük qarşıdurmalardan sonra polis bölməsini əhatəyə alıblar. Binanın damına çıxmış polislər izdihamı işıq və səsverici qranatlarla dağıtmaq istəyəndə isə binaya girərək, oranı yandırıblar.

Bu arada ABŞ prezidenti Donald Tramp etirazçıları şəhərə qoşun yeridəcəyi ilə hədələyib. O, bu haqda Twitter səhifəsində yazıb.

“Mən Amerikanın böyük şəhərində baş verənlərə sakit oturub baxa bilmərəm. Orada güclü lider yoxdur. Ya bu aciz mer Ceykob Frey özünü ələ alıb, izdhamı sakitləşdirəcək, ya da mən özüm ora milli qvardiyanı göndərəcəm”, – deyə Amerika prezidenti deyib.

Bundan əvvəl Minnesot ştatının qubernatoru Tim Uolz şəhərə Milli qvardiyanı daxil etmişdi. O, sakit nümayişlərin tərəfdarı olduğunu desə də, şəhərin dağıdılmasını nəzərə alaraq təhlükəsizlik tədbirlərinin vacibliyini vurğulayıb.           


A.Qorxmaz

     

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi