Modern.az

Daha bir ölkə koronavirusa qalib gəldi

Daha bir ölkə koronavirusa qalib gəldi

Dünya

30 May 2020, 01:34

Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Karib dənizində ada dövləti olan Arubada infeksiyaya yoluxmuş 101 nəfərdən 3-ü vəfat edib, 98 xəstə isə sağalaraq evə buraxılıb. 

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Arubanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao və Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası və Monteneqroda koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir