Modern.az

Təbii qaz ehtiyatlarına görə dünyada 2-ci olan İran Azərbaycandan qaz istəyir

Təbii qaz ehtiyatlarına görə dünyada 2-ci olan İran Azərbaycandan qaz istəyir

Təhsil

12 Yanvar 2010, 17:17

Yanvarın 12-də ARDNŞ-nin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev İran Milli Qaz Şirkətinin “Qaz Export” kompaniyasının baş direktoru Seyid Rza Kesaizadənin rəhbərliyi ilə bu şirkətin nümayəndə heyətini qəbul edib.
Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki. görüşdə R.Abdullayev İranla Azərbaycanın yaxın qonşu və dost ölkə olduğunu qeyd edib, bildirib ki, iki ölkə arasında enerji sektoru üzrə əlaqələr yüksək səviyyədə qurulub.O, uzun müddətdən bəri Naxçıvan Muxtar Respublikasının qaz təzhizatında İranın mühüm rol oynadığını vurğulayıb, son dövrdə Azərbaycan qazının alqı-satqısına dair danışıqların uğurla davam etdirildiyini söyləyib.
İran Milli Qaz Şirkətinin “Qaz Export” kompaniyasının baş direktoru Seyid Rza Kesaizadə deyib ki, təmsil etdiyi şirkət Azərbaycanın yanacaq-energetika sektorunda aparılan işləri diqqətlə izləyir. Son illərdə bu sahədə qazanılan uğurları təqdir edən qonaq ölkəmizin qısa müddətdə qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildiyini xüsusilə yüksək qiymətləndirib.O bildirib ki, İranın enerji sahəsində hazırki siyasəti dünya qaz bazarında aktiv iştirak etmək və bu sektorda qonşu ölkələrlə əməkdaşlığı genişləndirməkdən ibarətdir. Qonaq bu baxımdan, 2010-cu ilin ilk günlərində Türkmənistanla İran arasında ikinci qaz kəmərinin istismara verilməsini mühüm hadisə adlandırıb. İranın təbii qaz ehtiyatlarına görə dünyada ikinci yerdə qərar tutduğunu vurğulayan Kesaizadə öz ölkəsinin şimal əyalətlərini “mavi yanacaq”la təchiz etmək üçün Azərbaycan qazına ehtiyac duyduqlarını və bununla əlaqədar, ötən il ARDNŞ ilə İran Milli Qaz Şirkəti arasında memorandum imzalandığını qeyd edib. Memorandum çərçivəsində tərəflər arasında qısamüddətli və uzunmüddətli qaz alqı-satqısına dair danışıqların uğurla aparıldığı vurğulanıb. Görüşdə bildirilib ki, şirkətlər arasında Azərbaycan qazının İrana qısamüddətli nəqlinə dair saziş üzrə aparılan işlər yekunlaşmaq mərhələsindədir. Danışıqlar zamanı həmçinin ARDNŞ tərəfindən Azərbaycanın qaz-nəql sistemində və yeraltı qaz anbarlarında aparılan yenidənqurma və rekonstruksiya işləri haqda da ətraflı söhbət aparılıb. Tərəflər habelə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir