Modern.az

ABŞ-ın Atlanta şəhərinə 1500 nəfərlik milli qvardiyaçılar göndəriləcək

ABŞ-ın Atlanta şəhərinə 1500 nəfərlik milli qvardiyaçılar göndəriləcək

Dünya

31 May 2020, 08:40

ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar baş qaldıran kütləvi iğtişaşların ardınca Atlanta şəhərində də (Corciya ştatı) etiraz aksiyaları keçirilib və aksiyalar zamanı beş nəfər, həmçinin dörd polis əməkdaşı xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə “CNN” telekanalı yerli polisə istinadən məlumat yayıb.

 

Bildirilir ki, aksiya iştirakçıları şəhərin ən məşhur ticarət mərkəzinə hücum edərək, mağazaları qarət ediblər. Polisə, həmçinin iğtişaş iştirakçıları tərəfindən törədilən silahlı insidentlər barədə də məlumatlar daxil olub. Nəticədə bir nəfər odlu silah yarası alaraq xəstəxanaya yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür