Modern.az

Merkel G7-dən niyə imtina etdi? - Fikir ayrılığı 

Merkel G7-dən niyə imtina etdi? - Fikir ayrılığı 

31 May 2020, 09:09

ABŞ Prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasındakı Şimal Axını-2 layihəsinə görə olan fikir ayrılığı Merkelin G7 sammitində iştirakdan imtina etməsinə səbəb olub.

 

Modern.az xəbər verir ki, bunu Tvitter hesabında rusiyalı senator Aleksey Puşkov qeyd edib. O bildirib ki, Trampla Merkel arasında bəzi məsələlərlə bağlı fikir ayrılıqları var:

 

"Merkel hələlik ABŞ-da G7 sammitinə qatılmamaq barədə qərar verib. Səbəb əlbəttə ki, epidemiya deyil. Şimal Axını-2 də daxil olmaqla, Merkellə Tramp arasında fikir ayrılıqları yaşanır".

 

Qeyd edək ki, “Politiko” qəzeti ABŞ Prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasında baş tutan telefon danışığı zamanı mübahisə yaşanması barədə məlumat yayıb. Almaniya hökuməti isə Merkelin pandemiya səbəbindən Vaşinqtonda keçirilməsi nəzərdə tutulan G7 sammitinə qatılmayacağını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir