Modern.az

Türkiyədən erməni kilsəsinə hücumla bağlı açıqlama

Türkiyədən erməni kilsəsinə hücumla bağlı açıqlama

31 May 2020, 09:18

"İstanbulda erməni kilsəsinə edilən təxribat xarakterli hücum bizi dərindən kədərləndirdi".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Tvitter hesabında qeyd edib.

 

O bildirib ki, fərqli inancdan asılı olmayaraq, vətəndaşlarımızın birliyini pozmağa çalışan istənilən hərəkətin qarşısında möhkəm dayanacağıq:

 

“Bu alçaq hücuma görə Surp Qriqori erməni kilsəsi vəqfinin sədri Edvard Eyvazyanla əlaqə saxladım və kədərimi ifadə etdim. Baş verən hadisəyə hüquqi qiymət verilməsi üçün çalışacağıq. Hər zaman vətəndaşlarımızın hüquqlarını qoruyacağıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı