Modern.az

“Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırıldı

“Lider TV

Media

1 İyun 2020, 09:27

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb.

 

Modern.az xəbər verir ki, iddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir. (Report)

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir