Modern.az

Deputat Naxçıvana təyyarə reysinin açılmasını tələb etdi

Deputat Naxçıvana təyyarə reysinin açılmasını tələb etdi

Parlament

1 İyun 2020, 11:44

“Cənab Prezidentin XX əsrin əvvəlləri ilə bağlı fikriləri elmi əsaslara söykənir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat İsa Həbibbəyli deyib. O bildirib ki, Prezident tərəfindən səslənən fikirlər Azərbaycan cəmiyyətinin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir.

 

Deputat Naxçıvandan gəlmək istəyənlər üçün hava yolundan başqa yol olmadığını da diqqətə çatdırıb:

 

“Bu məsələni həll etmək lazımdır. Ona görə Operativ Qərargahın açıqlamasına baxmayaraq, bu işlərin mümkün qədər tezləşdirilməsi lazımdır. Eyni zamanda, Naxçıvandan gələnlər üçün sadələşmiş qaydalardan istifadə olunmasını təklif edirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı