Modern.az

“Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var”

“Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var”

1 İyun 2020, 12:06

“Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var. İnternet televiziyasının yaradılması Milli Məclisin fəaliyyətinin daha geniş təbliğ olunmasına şərait yaradacaq”.

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxış edən deputat Azər Kərimli deyib. O bildirib ki, peşəkar insanlar tərəfindən hazırlanan materiallar həm də etibarlı istinad mənbəyi ola bilər:

 

“Dünyanın bir çox ölkələri bu təcrübədən istifadə edirlər”.

 

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi təklifi müsbət qiymətləndirib:

 

“Parlamentin payız sessiyasından kanalların birində Milli Məclisin bir saatlıq fəaliyyəti ilə bağlı proqram yayımlanacaq. Hazırda bu sahə ilə bağlı iş gedir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir