Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 2-nə olan statistik göstəriciləri açıqlayıb.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 968 test aparılıb.
Bununla da ölkə ərazisində indiyə qədər 309 901 test aparılıb.
Koronavirusa yoluxanlardan 3564 nəfəri sağalıb. Hazırda ölkə xəstəxanalarında 2300 aktiv COVİD-19 xəstəsi var. Onlardan 95 nəfəri reanimasiyada müalicə alır. 19 nəfər koronavirus xəstəsi isə süni tənəffüs cihazına qoşulub.