Modern.az

İranda professoru öldürənlər məsuliyyəti öz üzərlərinə götürdülər

İranda professoru öldürənlər məsuliyyəti öz üzərlərinə götürdülər

12 Yanvar 2010, 18:54

“İran monarxistləri cəmiyyəti” təşkilatı bu gün Tehranda bomba partlayışı zamanı həlak olmuş    tanınmış nüvə fiziki Məsud Əli Məhəmmədinin həyatına qəsdə görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə,  bu barədə təşkilatın bəyanatında bildirilib.
İranın “Fars” agentliyi  də təşkilatın bəyanatını yayıb. Agentlik bildirir ki, təşkilatın üzvləri Tehranda  prezident seçkilərindən sonra müxalifətin küçə yürüşlərində fəal iştirak ediblər. Onlar yürüş iştirakçılarına  partlayıcı maddələri necə hazırlmaq, istifadə  etmək barədə təlim keçiblər. Bundan əlavə, onlar  müxalifət tərəfdarlarını təxribat hərəkətlərinə təhrik edidbər. Bu  fakt iğtişaş iştirakçılarının məhkəməsi zamanı məlum olub.

İran monarxistləri öz qarşılarına İranın islam rejimini devirmək və ölkədə dünyəvi dövlətin bərqərar olmasını, İran monarxiyasının bərpasını məqsəd qoyub.
Qeyd edək ki, partlayışa görə molla rejimi İsrail və ABŞ-ı ittiham edib. Ağ ev isə bu bəyanatı cəfəng adlandırıb.      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir