Modern.az

Teledərslər bu tarixdə başa çatacaq - Rəsmi

Teledərslər bu tarixdə başa çatacaq - Rəsmi

Təhsil

3 İyun 2020, 12:12

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının başa çatacağı tarix açıqlanıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən cavabda bildirilib ki, ümumtəhsil məktəbləri üçün teledərslər 12 iyun tarixində başa çatacaq.

 

Eyni zamanda qeyd edilib ki, yay tətilində “Virtual məktəb”də dərslər olmayacaq. Lakin müxtəlif öyrədici materialların portala yüklənməsi davam etdiriləcək.

 

Qeyd edək ki, yay tətilinin vaxtında dəyişiklik olunması nəzərdə tutulmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir