Modern.az

Xanım deputatlarımız Rumıniyada səfərdədilər (fotosessiya)

Xanım deputatlarımız Rumıniyada səfərdədilər (fotosessiya)

13 Yanvar 2010, 09:23

Azərbaycanın millət vəkilləri Gövhər Baxşəliyeva, Gültəkin Hacıbəyli və Məlahət İbrahimqızı Rumıniyada səfərdədir. Rumıniya-Turkiyə İş Qadınları Dərnəyinin başqanı Birgül Şənyuva və rumın parlamentarilərin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində xanım millət vəkillərimiz əvvəlcə Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət ediblər. Bu barədə Modern.az-a deputatlar xəbər veriblər.
Millət vəkilləri Mustafa Kamal Atatürkün Buxarestdəki abidəsi önünə gələrək öz hörmət və ehtiramlarını bildiriblər. Azərbaycanlı deputatlar daha sonra Rumıniya parlamentində Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri George David başda olmaqla rumın parlamentarilərlə görüşüblər. Xanım millət vəkillərini Rumıniya Senatının beynəlxalq əlaqələr komissiyasının sədri Tutus Korleteanu və Rumıniyanın Deputatlar palatasinin xarici əlaqələr komissiyasının sədr əvəzi Rodjin Marius da qəbul edib.
Milli Məclisin üzvləri ilə Rumıniya parlamentinin Deputatlar palatasının vitse-spikeri İoan Oltyanu arasında keçirilən görüşdə isə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə millət vəkili Gövhər Baxşəliyevaya Rumıniya parlamentinin fəxri medalı təqdim olunub.
Səfər çərçivəsində millət vəkilləri ölkəmizin Rumıniyadakı səfirliyində, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasında da olublar. Xanım parlamentarilərimiz Rumıniyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan tələbələr, Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnsitutunun direktoru Tahsin Cəmillə də görüşüblər.
Azərbaycanlı millət vəkillərinin Rumıniyaya səfəri yanvarın 14-də başa çatacaq.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir