Modern.az

Türkiyədə 6 nəfər azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Türkiyədə 6 nəfər azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

Diaspor

4 İyun 2020, 12:08

“Bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə 6-a çatıb”. 

 

Modern.az xəbər verir ki, bunu REAL TV-yə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim COVID-19-a yoluxan və bu virusdan ölən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayarkən deyib.

 

Səfir sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

 

“Türkiyə və Azərbaycan qardaş dövlətlərdirlər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər.

 

Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var.

 

Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var. Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir