2019/2020-ci tədris ilində IX və XI sinfi bitirən şagirdlərin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2019/2020-ci tədris ilində XI sinfi bitirən şagirdlərin sayı 80646 nəfərdir.
Builki tədris ili üzrə IX sinfi 119852 nəfər bitirəcək.
2020/2021-ci tədris ilində I sinifdə təhsil alacaq uşaqların proqnozlaşdırılmış sayı da açıqlanıb.
Növbəti tədris ilində I sinifdə təhsil alacaq uşaqların sayı 165511 nəfər planlaşdırılır.