Modern.az

Haitidə dünyanın ən dəhşətli zəlzələsi olub: 1000-ə yaxın ölüm var

Haitidə dünyanın ən dəhşətli zəlzələsi olub: 1000-ə yaxın ölüm var

13 Yanvar 2010, 10:13

Bu səhər Haitidə dəhşətli zəlzələ baş verib. Modern.az-ın xarici KIV-ə istinadən verdiyi xəbərə görə, dağıdıcı zəlzələnin qurbanlarının sayı 1000-ə çatıb. İlkin hesablamalara görə, 3 milyon insan yeraltı təkanlardan zərər çəkib və ya maddi ziyana məruz qalıb.

Zəlzələnin gücü Rixter şkalası üzrə 7 bal gücündə olub. Daha sonra 5,9 və 5 bal gücündə təkanlar baş verib. Haitinin prezident sarayı qismən dağılıb, BMT nümayəndəliyi  binası  zərər çəkib. Yaponiya səfirliyi və Dünya Bankının nümayəndəliyi dağılıb. BMT-nin bir sıra nümayəndələrinin itkin düşdüyü bildirilir. Hazırda ölkə xilasetmə işlərinə cəlb olunub.

Bu səhər Amerika Haitiyə xüsusi xilasedici briqadalar göndərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır