Baş Nazir Əli Əsədovun qərarı ilə 6 iyun saat 00:00-dan bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyəti dayandırılır.
Modern.az-ın məlumatına görə, həmin qərarla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq ediləcək.
Qeyd edilən müddətdə bütün ticarət şəbəkələri, mağza və marketlər bağlı olacaq.