Modern.az

Azərbaycanlı hakimdən Rusiyanı qəzəbləndirəcək HÖKM...

Azərbaycanlı hakimdən Rusiyanı qəzəbləndirəcək HÖKM...

4 İyun 2020, 15:00

Avropa İnsan Haqları Məhkəməsi Rusiya tərəfindən ilhaq olunmuş Krım yarımadasının sakinlərinin şikayətini rədd edib.

Modern.az xəbər verir ki, azərbaycanlı hakim Lətif Kərimov Ukraynanı Şimali  Krım su kanalının suyunu kəsməkdə ittiham edən yarımada sakinlərinin şikayətini əsassız hesab edib.

 

Məlumatı Rusiya prezidenti yanında Krım nümayəndəliyinin rəsmisi Aleksand Moloxov deyib.

“Krasnopereskop balıq kombinatı kanalın suyunun kəsilməsinə görə, 60 milyon rubl zərər çəkib. Kiyev məhkəməsi şikayəti geri çevirdiyi üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdik. Amma Azərbaycandan olan hakim Lətif Kərimov şikayətə təkbaşınan baxdığını deyərək məsələnin yuxarı instansiyalara göndərilməsinə ehtiyac görmədiyini dedi. Onun qərarı barədə apellyasiya şikayəti vermək olmaz”.


Aleksandr Moloxov Krım sakinlərinin bu dəfə BMT-nin İnsan Haqları Komitəsinə şikayət edəcəklərini deyib.

 

Xatırladaq ki, Krım yarımadası 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq olunub. Ukrayna həmin ildən Krımın 80% su ehtiyacını ödəyən Şimali Krım su kanalını bağlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar