Modern.az

Baş Nazir jurnalistlərin ofisdən işləməsinə icazə vermədi

Baş Nazir jurnalistlərin ofisdən işləməsinə icazə vermədi

4 İyun 2020, 15:48

Baş Nazir Əli Əsədov həftə sonları ölkə ərazisində məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar verib.

 

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlər fəaliyyət göstərəcək.

 

Modern.az xəbər verir ki, fəaliyyəti məhdudlaşdırılan sahələr arasında mətbuat da var.

 

 Belə ki, Baş Nazirin qərarı ilə yalnız teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyətinə icazə verilib.

 

Qəzetlər, informasiya agentlikləri və sayt işçilərinin ofisdən işləməsinə icazə verilmir. 

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər