Modern.az

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü

Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü

4 İyun 2020, 17:04

Bu gün Azərbaycanda 262 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib. 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

Onun sözlərinə görə, indiyədək 6522 nəfər virusa yoluxub:

 

"Hazırda 2707 nəfərin müalicəsi davam etdirilir. 100 nəfər reanimasiyaya yerləşdirilib, 21 nəfər süni nəfəs aparatına qoşulub".

 

O qeyd edib ki, indiyədək ölkədə 7047 test həyata keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi