Modern.az

Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib

Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib

5 İyun 2020, 14:16

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinin dezinformasiya yaydığını bəyan edib.



Modern.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir:

 

"İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib. Bununla əlaqədar Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.

 

Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb”.         

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi