Modern.az

Bakıda polisə zibil atan 11 nəfər SAXLANILDI - VİDEO

Bakıda polisə zibil atan 11 nəfər SAXLANILDI - VİDEO

8 İyun 2020, 12:15

Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

 

Daxili İşlər Nazirlyiindən (DİN) Modern.az-a verilən məlumata görə, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib:

 

“Karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüblər.

 

Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib  və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.

 

Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir